0
Monday 13 April 2026 - 16:01

Zindandan gələn işıq: Hacı Taleh Bağırzadə yardım aksiyasına qoşuldu – “Ürəklər həbsdə deyil”

Story Code : 1274452
Zindandan gələn işıq: Hacı Taleh Bağırzadə yardım aksiyasına qoşuldu – “Ürəklər həbsdə deyil”
Azərbaycanın ruhani liderləri arasında fəallıq dalğası getdikcə güclənir. Bu dəfə, zindan divarları arasında olsa belə, insanlığa səsini ucaldan bir mənəvi öndər – siyasi dustaq, tanınmış ilahiyyatçı Hacı Taleh Bağırzadə – müharibədən əziyyət çəkən xalqlara yardım aksiyasına qoşulub. Həbsdə olan bir insan – özü ən ağır haqsızlığa məruz qalsa da – ürəyini İranın, Livanın, İraqın, Fələstinin, Yəmənin günahsız uşaqlarına, qadınlarına, qocalarına açır. Bu, təkcə fədakarlıq deyil, bu, ruhun zindan tanımadığının ən canlı şahididir. Hacı Taleh Bağırzadə öz çağırışında deyir: “Biz harada oluruqsa olaq, insanlıq borcumuzu unutmamalıyıq. Bombaların səssiz qurbanlarına səs olmaq, imkanı olan hər kəsin borcudur.” Bu, eyni zamanda mənəvi dayaq, müharibənin yaratdığı dərin böhran içində yaşamaq uğrunda mübarizə aparan xalqlara uzadılan bir həyat ipidir. O, hər bir vicdan sahibini bu yardım qatarına dəvət edir. Xatırladaq ki, bir neçə gün əvvəl ilahiyyatçı Hacı Elman Ağazadə öz şəxsi avtomobilini müharibə qurbanlarına hədiyyə edərək tarixi bir addım atmışdı. Taleh Bağırzadə isə bu nəcib yürüşü həbsxanadan irəli aparır. Lakin acı reallıq budur ki, Azərbaycanın dindar, vicdanlı xalqı İran xalqına kömək etməyə can atsa da, hökumətin uzun illərdir davam edən repressiya siyasəti bu işi gizli aparmağa məcbur edir. Xalqın xeyir niyyətini belə qorxuya boğan bu atmosfer, təəssüf ki, yardım kartlarının bloklanmasına qədər varır. Düşünün: insanlar öz pulları ilə başqa millətə yardım etmək istəyir, amma bu yardım kartlarına hökumət tərəfindən blok qoyulur! Biz buradan Azərbaycan hökumətinə səslənirik: Əgər sizin də İrana yardım niyyətiniz səmimidirsə, o zaman elə bir siyasi mühit yaradın ki, xalq qorxmadan, çəkinmədən bu işdə iştirak edə bilsin. Əgər siz yardım üçün yük maşınları göndərirsinizsə, amma öz vətəndaşlarınızın yardım kartlarını bloklayırsınızsa – bu, səmimiyyətinizi sual altına qoyur. Hacı Taleh Bağırzadə zindandan bir işıq yandırıb. İndi o işığı söndürmək yox, böyütmək bizdən asılıdır. Birlikdə, susmadan, qorxmadan. Çünki insanlıq heç vaxt təslim olmur.
Comment