İraqın Kətaib Hizbullah təşkilatının baş katibi ABŞ ordusuna meydan oxudu
Story Code : 1275208
ABŞ ordusu “Hacı Əbu Hüseyn əl-Həmidəvi” barədə məlumat verənlər üçün mükafat təyin etdiyini elan etdikdən sonra, o bu gün açıq şəkildə və gün işığında İmam Hüseyn türbəsi ziyarətgahında göründü.
Bu görünüş ABŞ-ın onun olduğu yer barədə məlumat üçün 10 milyon dollar mükafat təyin etdiyini elan etməsindən cəmi bir neçə gün sonra baş verdi.
Yayılan videolara görə, 55 yaşlı əl-Həmidəvi, “Əbu Hüseyn əl-Həmidəvi” kimi tanınan şəxs, müqavimət tərəfdarları tərəfindən təşkil edilən “Qələbə yürüşü”ndə iştirak edərkən görünüb. O, üzündə maska və ərəb geyimi (əqal və qara dişdaşə) ilə, Həşd əş-Şaabi qüvvələrinin sıx kütləsi arasında müşahidə olunub.
Eyni zamanda minlərlə insan Kərbəlayi-müqəddəsədə keçirilən “Qələbə yürüşü”ndə İran və müqaviməti dəstəkləmək üçün küçələrə çıxıb, şəhid inqilab liderinin, Seyid Müctəba Xamenei, Ayətullah Sistani və müqavimət şəhidlərinin şəkillərini əllərində daşıyıblar.
Bu çərçivədə iraqlı müqavimət qrupları üzrə ekspert Əli əl-Lami “Əl-Ərəbi əl-Cədid”ə bildirib ki, bu addım onun sağ olduğunu göstərmək və ABŞ-ın Bağdad və digər vilayətlərdə Həşd əş-Şaabi mövqelərinə hücumlarından sonra yaralanması və ya taleyi ilə bağlı şayiələri təkzib etmək məqsədi daşıyıb.
Onun sözlərinə görə, Hacı əl-Həmidəvi “İraqda ABŞ tərəfindən ən çox axtarılan şəxslərdən birinə çevrilib”.
ABŞ-ın əl-Həmidəvini öldürmək cəhdləri fonunda, Kətaib Hizbullah digər müqavimət qrupları ilə birlikdə Ramazan müharibəsi zamanı ABŞ mövqelərinə və həmçinin Kürdüstan bölgəsindəki kürd separatçı qruplara qarşı hücumlarda mühüm rol oynayıb.
İraq qruplarının ən mühüm nailiyyətlərindən biri Suriya sərhədində ABŞ-a məxsus yanacaq daşıyan təyyarənin məhv edilməsi olub ki, nəticədə onun bütün 6 heyət üzvü həlak olub. Həmçinin çoxsaylı raket və PUA hücumlarından sonra ABŞ ordusu və NATO qüvvələri bütün bazalarını boşaltmağa məcbur olub və hərbçilərini otellərə və ya İraqdan kənara köçürüblər.