Qars şəhərində baş tutan bu görüşdə tərəflər sözügedən dəmir yolu xəttinin mümkün qədər tez istifadəyə verilməsinin strateji əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, Gümrü–Qars dəmir yolu Ermənistan və Türkiyə arasında sovet dövründə uzun illər fəaliyyət göstərmişdi, lakin 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi zamanı Türkiyə tərəfindən bağlanmışdı.
Türkiyənin ağıllı şəkildə öz bazarlarını genişləndirmə ehtiyacını qarşı tərəflərə “satmağa” çalışdığı bildirilir. Məsələn, Gürcüstan və İran vasitəsilə Ermənistan bazarında aktiv mövqe tutduğu halda, münasibətlərin normallaşmasını Azərbaycan–Ermənistan münaqişəsinin həlli və sülh prosesinə bağlayır. Beləliklə, həm Bakı ilə təsirini saxlayır, həm də İrəvanı normallaşma ehtiyacı içində saxlayır və eyni zamanda bazar üstünlüyünü qoruyur.
Bu baxımdan qeyd olunur ki, İran İslam Respublikası Ermənistanla nəqliyyat xətlərini sürətlə inkişaf etdirə bilsə, öz tacirlərinin regionda mövqeyini gücləndirə bilər və Türkiyənin təsirini balanslaya bilər. Əks halda, Tehran özünə ən yaxın hesab etdiyi regionlardan birində üstünlüyü itirə bilər.
Abdulrahman Abdani
Beynəlxalq münasibətlər üzrə magistr ekspert