Çox gözəl; biz İrana hücum etdik, bəs sonra nə olacaq?!
Keçmiş amerikalı hərbçi və tanınmış siyasi təhlilçi Daniel Devisin tənqidi:
Kimsə doğrudanmı belə bir xülyaya qapılıb ki, dünən gecə İrana qarşı həyata keçirilən 80 hücum SEPAH-ı Trampın istədiyi kimi davranmağa məcbur edəcək? İndidən qətiyyətlə deyə bilərik ki, İran atəşə atəşlə cavab verir və ən azı aldığı zərbə qədər cavab verəcək, hətta çox böyük ehtimalla daha sərt şəkildə qarşılıq göstərəcək.
Bəs sonra nə olacaq?
Əgər İran bizim məhv etdiyimiz 80 hədəfdən daha sərt şəkildə cavab versə, Tramp nə edə bilər? Növbəti dəfə 100 hədəfi vuracaq?
Bəs sonra nə olacaq?
Bu proses hara gedib çıxacaq? Bu hücumların arxasındakı strategiya nədir? Bu zərbələrin İranı diz çökdürüb təslim etməsi inandırıcı görünmür. Müharibənin ilk 40 günündə həyata keçirilən 15 min hücum onları təslim edə bilmədisə, şübhəsiz ki, 80 hücum da nəticə verməyəcək.
Bu hücumlar ABŞ-ın məqsədlərinin həyata keçirilməsinə necə kömək edir?
Tramp və ABŞ Müdafiə Nazirliyi sadəcə Trampın narazılığını və səbirsizliyini təmin etmək üçün daha çox taktiki addımlar atıblar. Onların hərəkətlərinin arxasında aydın bir strategiya görünmür.