0
Saturday 22 August 2026 - 16:34

Hormüz boğazı İngiltərəni “ərzaq böhranı” həddinə gətirib

Story Code : 1300697
Hormüz boğazı İngiltərəni “ərzaq böhranı” həddinə gətirib
Britaniyalı fermerlər bildirirlər ki, kənd təsərrüfatı hazırda “kritik mərhələdədir” və hökumətin təcili dəstəyi olmadan gələn il ərzaq istehsalı ciddi risk altında olacaq.
Britaniya Milli Fermerlər İttifaqının (NFU) rəhbəri Tom Bradşou bildirib ki, bir çox fermer gələn il əkin aparmaq və ya tələf olmuş heyvanların əvəzini təmin etmək üçün kifayət qədər maliyyə vəsaitinə malik olmayacağından narahatdır.
“Telegraph” qəzetinin məlumatına görə, ittifaq builki məhsul yığımının 1984-cü ildən bəri qeydə alınan ən zəif nəticələrdən biri olduğunu açıqlayıb. Arpa, yulaf və raps istehsalının ümumi həcminin təxminən 19,5 milyon ton olacağı gözlənilir. Kartof və yerkökü kimi digər kənd təsərrüfatı məhsullarının istehsalında da kəskin istilər və quraqlıq səbəbindən azalma qeydə alınıb.

HÖRMÜZ BOĞAZININ BAĞLANMASI YANACAQ VƏ GÜBRƏNİ BAHALAŞDIRIB
Fermerlər məhsuldarlığın azalması nəticəsində gəlirlərin aşağı düşməsi ilə yanaşı, istehsal xərclərinin artması ilə də üzləşirlər. Hazırda kənd təsərrüfatı gübrəsinin qiyməti bir ton üçün təxminən 460 funt-sterlinq təşkil edir və gübrənin bir hissəsi Hörmüz Boğazı vasitəsilə idxal olunur.
İran müharibəsi və ticarət marşrutlarında yaranan fasilələr bu istehsal vasitəsinin təchizatını məhdudlaşdıraraq qiymətlərin artmasına səbəb olub. Kənd təsərrüfatı texnikasında istifadə olunan yanacağın qiyməti də yüksəlib.
Böhran yalnız əkinçilik sektoru ilə məhdudlaşmır. Heyvandarlıq təsərrüfatları da, xüsusilə göy dil xəstəliyinin (Bluetongue) geniş yayılması fonunda, heyvan tələfatının artması ilə üzləşirlər.
İndiyədək bu xəstəliklə bağlı 500-dən çox yoluxma halı qeydə alınıb və onların əksəriyyəti İngiltərənin qərb bölgələrində aşkarlanıb. Temperaturun yüksəlməsi virusu daşıyan ağcaqanadların sayının artmasına səbəb olaraq xəstəliyin yayılmasını sürətləndirib.

FERmER TƏŞKİLATLARI: LONDON TƏCİLİ TƏDBİR GÖRMƏLİDİR
Milli Fermerlər İttifaqı və daha çoxu bir düzən təşkilat hökumətdən quraqlığın vurduğu zərəri kompensasiya etmək məqsədilə fermerlərə faizsiz kreditlər ayrılmasını tələb edib. Bu vəsaitin gələn il əkin kampaniyasının maliyyələşdirilməsinə imkan verəcəyi bildirilir.
Təşkilatlar, həmçinin tələf olmuş heyvanların toplanması və utilizasiyası üçün fermerlərə maliyyə dəstəyi göstərilməsini istəyirlər.
Country Land and Business Group təşkilatının rəhbəri Qavin Lin hazırkı vəziyyəti “kənd təsərrüfatı sektorunda təcili böhran” adlandırıb. Onun sözlərinə görə, fermerlər eyni vaxtda quraqlıq, göy dil xəstəliyinin yayılması və İran müharibəsinin iqtisadi nəticələri ilə üzləşirlər.
Bu arada bəzi fermerlər bildirirlər ki, payız əkin mövsümünün başlamasına baxmayaraq, bir çox təsərrüfat gələn ilki məhsulu böyük ehtimalla mənfəət əldə etməyəcəyini bilərək əkməyə məcbur olacaq.
Fermerlər xəbərdarlıq edirlər ki, vəziyyətin davam etməsi yalnız təsərrüfatların gəlirlərinə və fəaliyyətini davam etdirmək imkanlarına deyil, həm də qarşıdakı aylarda Böyük Britaniyanın ərzaq təhlükəsizliyinə ciddi təsir göstərə bilər.
Britaniya hökuməti fermer təşkilatlarının bu tələblərinə hələlik rəsmi münasibət bildirməyib.
 
Comment