0
Friday 28 August 2026 - 22:54

Müharibə hərisliyi – ABŞ hegemonluğunun qara dəliyi

Story Code : 1302129
Müharibə hərisliyi – ABŞ hegemonluğunun qara dəliyi
Bu gün dünya ABŞ-ın artıq əvvəlki kimi supergüc olmadığını hər zamankından daha aydın görür. ABŞ-ın hərbi, mədəni, iqtisadi və digər sahələrdəki hegemonluğu ciddi çağırışlarla üzləşib. İran İslam Respublikası qeyri-simmetrik müharibə strategiyası ilə yüz milyonlarla dollar dəyərində olan ABŞ hərbi maşınını iflic vəziyyətinə salıb, illərdir “məxmər əlcək” altında gizlədilən liberal demokratiya mədəniyyətinin zorakı mahiyyətini üzə çıxarıb və ABŞ iqtisadiyyatını da böhran həddinə yaxınlaşdırıb.
Bu proseslər regional və beynəlxalq güc balansında ciddi dəyişikliklərə səbəb olub və XXI əsrin üçüncü onilliyində yeni dünya nizamının formalaşması perspektivini gücləndirib.

Güc balansının dəyişməsi
ABŞ və İsrail rejimi 12 günlük müharibəyə qədər Qərbi Asiyada hərbi üstünlüyə əsaslanaraq, müstəmləkəçilik və istismar siyasəti vasitəsilə qorxu və narahatlıq mühiti yaratmağa, region xalqlarının sərvətlərini talan etməyə çalışırdı.
Lakin İrana qarşı müharibə ABŞ-ın mifik hərbi gücünün “toxunulmazlığı” barədə təsəvvürləri sarsıtdı. Dünya gördü ki, Allaha inanan və öz gücünə arxalanan bir xalq ən müasir silahlara qarşı belə müqavimət göstərə bilər.
Qərbi Asiyada vəziyyət elə istiqamətdə inkişaf edir ki, İran tədricən regionun aparıcı gücü kimi ön plana çıxır.

Hörmüz boğazı – güc aləti
İranın Hörmüz boğazına nəzarət imkanları ilə bağlı əvvəllər mövcud olan ciddi şübhələr artıq öz təsdiqini tapıb. Hazırda bu boğaz İranın hətta bir güllə belə atmadan ABŞ-a və onun müttəfiqlərinə ciddi təzyiq göstərməsinə imkan verən ən güclü və etibarlı çəkindirmə vasitələrindən birinə çevrilib.
Hörmüz boğazının idarə olunması İran İslam Respublikası üçün artıq sadəcə “danışıqlar kartı” deyil, “güc aləti”dir. Bu amilin yaxın gələcəkdə milli, regional və beynəlxalq təhlükəsizliyə ciddi təsirlər göstərəcəyi gözlənilir.
İslam İnqilabının rəhbəri Ayətullah Seyid Müctəba Xamenei daha əvvəl yaydığı mesajda vurğulayıb ki, “Allah-Taalanın regionumuzun müsəlman xalqlarına, xüsusilə əziz İran xalqına bəxş etdiyi misilsiz nemətlərdən biri Fars körfəzidir”. O qeyd edib ki, bu nemət sadəcə su hövzəsi deyil, xalqlar arasında əlaqə yaratmaqla yanaşı, Hörmüz boğazı və daha sonra Oman dənizi vasitəsilə dünya iqtisadiyyatının həyati və bənzərsiz marşrutunu formalaşdıran, xalqın kimliyinin və sivilizasiyasının bir hissəsidir.

ABŞ-ın İranı təslim etdirmək cəhdinin uğursuzluğu
ABŞ-ın “zəifləmiş İran sonda Amerika gücünə boyun əyəcək” hesablaması yalnız Ağ Ev üçün ciddi problem yaratmadı, həm də dünya iqtisadiyyatını böhranla üz-üzə qoydu.
İran “regional müharibə” strategiyasını həyata keçirərək öz təhdidlərini reallaşdırdı. ABŞ-ın hərbi bazalarına və onunla əlaqəli bəzi infrastrukturlara zərbələr endirməklə Tehran İran xalqına qarşı hərbi hücumun bədəlini əhəmiyyətli dərəcədə artıra biləcəyini nümayiş etdirdi.

ABŞ ordusunun hərbi aşınması
ABŞ-ın İrana qarşı müharibəsinin uzanması Pentaqonun hərbi maşınının zəifliklərini hər zamankından daha aydın şəkildə üzə çıxarıb. Bu zəiflik müxtəlif istiqamətlərdə özünü göstərib və onlarla amerikalı generalın vəzifədən uzaqlaşdırılması da bunun nümunələrindən biridir.
Bu vəziyyət Pentaqonun yüksək rütbəli rəsmiləri arasında fikir ayrılıqlarının ictimaiyyətə çıxmasına səbəb olub. Patriot və THAAD kimi strateji hava hücumundan müdafiə sistemlərinə aid raket ehtiyatlarının azalması ilə bağlı mübahisələr də ABŞ ordusunun real döyüş imkanlarının Hollivud filmlərində nümayiş etdirilən görüntülərdən ciddi şəkildə fərqləndiyini göstərib.

Post-Amerika dünya nizamının formalaşması
Qərbi Asiya ölkələrinin regional ittifaqlar yaratmaq istiqamətində açıq və gizli səyləri göstərir ki, İranın müqaviməti ABŞ-ın “məğlubedilməz müdafiə çətiri” barədə təsəvvürlərə ciddi zərbə vurub.
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın üçtərəfli ittifaqı post-Amerika dövrünün yeni regional təhlükəsizlik nizamının başlanğıcı kimi qiymətləndirilə bilər. Bu ittifaq Səudiyyə Ərəbistanının praktiki olaraq İbrahim razılaşmalarını nəzərə almadığını və İsrail rejiminə münasibətdə daha az dostyana mövqe nümayiş etdirməyə başladığını göstərir.
Bu prosesin ABŞ-ın digər müttəfiqləri, o cümlədən Uzaq Şərq, Latın Amerikası, Afrika və hətta Avropadakı ölkələr tərəfindən də Ağ Evə etimadsızlıq fonunda təkrarlanması mümkündür.
İran İslam Respublikası ABŞ-la qeyri-simmetrik müharibədə müqavimət göstərmək iradəsini və imkanlarını sübut etməklə yanaşı, davamlılıq və dayanıqlılıq sınağından da uğurla çıxıb.
İran xalqı hazırda fundamental bir həqiqəti sübut edir: əsl güc təhdiddə deyil, dayanıqlılıqdadır.
Bu vəziyyətin davam etməsi ABŞ-ı gec-tez hegemon sistemin mərkəzi dayağı olan liberal demokratiyanın zəifləməsinə və nəticə etibarilə çökməsinə gətirib çıxara biləcək bir “qara dəliyə” sürükləyir.
Allahın izni ilə.
 
Tagged
abş Iran
Comment