Ayətullah Cavadi Amuli: Biri tam təhlükəsizlik şəraitində başındakı bir parça parçanı çıxarmaq üçün mübarizə aparan qadınlar, digərləri isə bombardman altında həmin bir parça parçanı ləyaqətlərini qorumaq üçün axtaran qadınlardır
Ayətullah Abdullah Cavadi Amuli qadının məqamı və hicab məsələsinə toxunaraq bildirib:
“Qadının hörməti yalnız qadının özünə aid deyil. Bu hörmət nə ərinə məxsusdur, nə də yalnız qardaşları və övladlarına aiddir.
Əgər bütün bunlar razılıq versələr belə, Qurani-Kərim razı olmaz. Çünki qadının hörməti və ləyaqəti ‘Allah haqqı’ kimi nəzərdən keçirilir.
Qadının hicabı ilahi haqdır. Qadının iffəti Allah haqqıdır. Qadın Qurani-Kərim baxımından Allah haqqının əmanətdarı kimi təqdim olunur.
Qadın bunu dərk etməlidir ki, onun hicabı yalnız özünə aid məsələ deyil ki, ‘bu mənim haqqımdır və mən öz haqqımdan imtina etmişəm’ desin.
Qadının hicabı kişiyə aid məsələ də deyil ki, kişi ‘mən razıyam’ desin.
Qadının hicabı ailəyə məxsus deyil ki, ailə üzvləri buna razılıq versinlər. Qadının hicabı “ilahi haqdır”!