0
Tuesday 30 September 2025 - 00:43
“Əlhami əl-Miliciy” misirli yazıçı və təhlilçi «İslam Times» ilə müsahibəsində:

Müqavimət Oxu təhdidlərin gücə çevrilməsi və regional/qlobal nüfuzun artırılması

Story Code : 1236839
Müqavimət Oxu təhdidlərin gücə çevrilməsi və regional/qlobal nüfuzun artırılması
İslamtimes-ın məlumatına görə, ağır xarici təzyiqlərə, hərbi hücumlara və İran, Livan, İraq, Yəmən və Fələstində müqavimət liderlərinin şəhadətinə baxmayaraq, müqavimət oxu yolunu dayandırmayıb, əksinə güc və birliyini artırıb. Şəbəkəvi təşkilati struktur, xalqın dəstəyi və tarixi təcrübələr hər bir itkinin səfərbərlik və motivasiya mənbəyinə çevrilməsinə səbəb olub.

Misirli siyasi təhlilçi Əlhami əl-Miliciy «İslam Times» ilə söhbətində izah edir ki, bu ox necə düşmənin təhdid və təzyiqlərini əməli, siyasi və daxili fürsətlərə çevirməyi bacarıb.

Əl-Miliciy vurğulayır ki, müqavimət oxu liderlərinin şəhadəti, hərçənd ağrılı zərbə idi, müqavimətin yolunu dayandıra bilmədi. Liderlərin şəhadəti və itgisi, hər nə qədər ağır olsa da, illər öncə dizayn olunmuş şəbəkəvi struktur və müxtəlif səviyyələrdə vəzifələrin bölüşdürülməsi səbəbi ilə hər lideri şəhadətindən sonra belə ümumi toplanma və motivasiya mənbəyinə çevirdi. Hər şəhadət qüvvələrin səfərbərliyi və dirənişinin artırılması anına çevrilib və zəiflik yaratmaq əvəzinə, daha çox ruhlandırıcı güc bəxş edib.

Xalq dəstəyi müqavimət oxunun davamlılığının əsas sütunudur. Əl-Miliciyə görə, oxun tərəfdarları sadəcə tamaşaçı deyil, maliyyə təminatı, dəstək, qüvvə cəlbi və mənəvi-siyasi legitimliyin fəal iştirakçılarıdır və heç bir güc bunu sındıra bilmir.

Müqavimət oxunun təşkilati strukturu və liderlik ardıcıllığı da əməliyyatların sabitliyinin mühüm amilidir. Sahə bölmələrinin mərkəzləşdirilmiş əmrlərdən nisbətən müstəqilliyi səbəbindən, liderlərin itgisi olsa belə, əməliyyatlar davamlı olur və ox düşmənin zərbələrinə cavab verə bilir.

Əl-Miliciy əlavə olaraq müqavimət oxunun mədəni, sosial və ideoloji xüsusiyyətlərinə işarə edir. Milli kimlik, dini boyut və tarixi məzlumiyyətin birləşməsi elə möhkəm çərçivə yaradıb ki, şəhadəti fədakarlığın zirvəsinə çevirir və itkiləri güc mənbəyinə döndərir. Onun fikrincə, liderlərin şəhadəti məğlubiyyət deyil, enerjinin yenilənməsi və rəhbərliyin yeni nəslə ötürülməsi fürsətidir.

Oxun yeni nəsil liderləri yalnız yolu qorumaqla kifayətlənmir, həm də PUA-lar, elektron müharibə və meydan mediası kimi yeni vasitələri əməliyyatlara daxil edirlər. Bu liderlər əslində oxun ikinci və üçüncü sıradakı bölmələridir ki, belə gün üçün əvvəldən hazırlanmışdılar.

Müqavimət oxunun tarixi təcrübələri – 2006-cı il Livan müharibəsindən Qəzza və Yəmən döyüşlərinə qədər – əməli strategiyaların hazırlanmasına və möhkəm döyüş qaydalarının formalaşmasına gətirib çıxarıb. Ox düşmənin təhdid və təzyiqlərini siyasi və daxili fürsətlərə çevirib, hətta təzyiq və sanksiyaları daxili hərbi sənayelərin inkişafına və diplomatik alətlərə dönüştürüb.

Regional və beynəlxalq baxımdan, Amerikanın başqa böhranlarla məşğul olması, ənənəvi çəkindirmə sistemlərinin zəifləməsi və qlobal iqtisadiyyatda pozulmalar elə bir mühit yaradıb ki, müqavimət oxu öz güc və nüfuzunu artıra bilsin. Müxtəlif ölkələrdə müqavimət qolları arasında koordinasiya, təcrübə və silah mübadiləsi, hüquqi çərçivələrin yaradılması ümumi gücü möhkəmləndirib və milli sərhədlərin aşılmasını mümkün edib.

Əl-Miliciy qeyd edir ki, müqavimət cəbhələri arasındakı dəstək və koordinasiya kollektiv çəkindirmə yaradıb və düşmənin qarşıdurma xərclərini artırıb. Təcrübə mübadiləsi, mesajların koordinasiyası və bir neçə cəbhədə eyni vaxtda hərəkət oxun gücünü regional, hətta qlobal səviyyəyə yüksəltməsinə imkan verib.

O, sonda vurğulayır ki, müqavimət oxu yeni bir bərpa və gücləndirmə mərhələsinə daxil olub. Baxmayaraq ki, xərclər və fədakarlıqlar ağırdır, lakin oxun tab gətirmə, qüvvələri yeniləmə və rəhbərliyi ötürmə qabiliyyəti göstərir ki, iradələrin mübarizəsi davam edəcək və təsirləri bölgədən kənara çıxaraq təhlükəsizlik, ticarət və beynəlxalq siyasətin tənliklərinə təsir göstərəcək.

Müsahibə: Məsumə Füruzan
 
Tagged
müqavimət
Comment