“Xalid əl-Mulla” İraq sünni alimlər cəmiyyətinin sədri “Islam Times”a müsahibəsində:
Qədir ümmət birliyi və istibdada qarşı siyasi-əxlaqi nəzəriyyədir
Story Code : 1284396
İslam Times-in məlumatına görə, İslam dünyasının mürəkkəb siyasi, ideoloji və ictimai dəyişikliklərlə üz-üzə qaldığı, İslam birliyi, Fələstin məsələsi, dini elitanın rolu və gənc nəslin qarşısındakı çağırışların daha da aktuallaşdığı bir dövrdə İslam tarixində təsirli hadisə və məfhumların yenidən oxunması xüsusi əhəmiyyət kəsb edir. Qədir hadisəsi bu baxımdan hələ də İslam dünyasının fikir və mədəni müzakirələrinin mərkəzində dayanır və onun dini, ictimai və sivilizasiya yönlü aspektlərini araşdırmaq üçün geniş imkanlar mövcuddur. Bu çərçivədə “Xalid əl-Mulla” “Islam Times”a müsahibəsində Qədir mesajları, rəhbərlik və vilayət anlayışı, İslam ümmətinin birliyi, müqavimət yolunun davamı, Fələstin məsələsi və mövcud şəraitdə gənclərin məsuliyyəti ilə bağlı fikirlərini açıqlayıb.
“Xalid əl-Mulla” xüsusi müsahibəsində “mövla” anlayışına və onun müasir İslam dünyasındakı mənalarına toxunaraq bildirib ki, “mövla” sözü dil və şəri-siyasi baxımdan çoxsaylı məna çalarlarına malikdir. Lakin mövcud qlobal təzyiqlər və istibdadın yaratdığı çağırışlar fonunda “yardımçı, vəli və rəhbər” mənaları bir-birinə qarışaraq vahid bir məfhum – “organik və lider mərkəzli həmrəylik” formalaşdırır.
O əlavə edib ki, sevgi və yardım yalnız emosional hisslərlə məhdud qala bilməz; zülm və hegemonluq qarşısında həqiqi yardım bütün imkanların səfərbər olunmasını və hikmətli, cəsarətli rəhbərin ətrafında sıraların birləşdirilməsini tələb edir.
“əl-Mulla” qeyd edib ki, bu baxımdan Qədir sadəcə səhrada baş vermiş tarixi bir hadisə deyil, həm də rəhbərlik boşluğunu rədd edən tam bir etik və siyasi nəzəriyyədir. Bu hadisə ümməti zəif və parçalanmış bir kütlə deyil, İmam Əlinin (ə) zülm və azğınlığa qarşı göstərdiyi cəsarətdən ilham alan vahid cəbhə olmağa çağırır.
O davam edərək şəhadət və risalət yolunun davamlılığına işarə edib və bildirib ki, Qədirin ən böyük dərsi “risalət xəttinin davamı”dır. Qədir Peyğəmbərin (s) ömrünün sonunda baş verib ki, ümmətə rəhbərin vəfatı ilə yolun dayanmayacağını, əksinə onun davam etdiriləcəyini göstərsin.
“Xalid əl-Mulla” əlavə edib ki, bu gün müsəlmanlar böyük liderlərini və simvollarını qarşıdurma meydanlarında itirdikdə, yadda saxlamalıdırlar ki, liderin şəhadəti ümmətin damarlarına yeni qan axını kimidir və ideyanı gedən bədəndən çıxarıb genişlənən bir yola çevirir.
“əl-Mulla” bildirib ki, İmam Əli (ə) Peyğəmbər Mustafa (s) yolunu davam etdirərək ümməti ən çətin şəraitlərdə qoruyub və bu məktəb bizə öyrədir ki, şəxslərin yoxluğu prinsip və idealların yoxluğu demək deyil; bu, yeni bir oyanış və yüksəliş mərhələsinin başlanğıcıdır.
O həmçinin ümmət alimlərinin hazırkı dövrdəki praktik məsuliyyətlərinə toxunaraq bildirib ki, məzhəbi ixtilafların qərəzli şəkildə şişirdildiyi bir mühitdə alimlərin əməli vəzifəsi Peyğəmbərin (s) duasının ikinci hissəsini həyata keçirməkdən ibarətdir: “Allahım, onu sevəni sev, ona düşmən olanla düşmən ol”.
İraq sünni alimi vurğulayıb ki, Allahın və ümmətin düşmənlərinə qarşı düşmənlik təbii olaraq onların parçalanma layihələrini iflasa uğratmağı tələb edir.
“əl-Mulla” əlavə edib ki, bu gün vəzifə meydana çıxmaq və “bəsirət fiqhi” diskursunu formalaşdırmaqdır; elə bir diskurs ki, Qədir hadisəsini parçalanmaya açıq “qəti yox” deməyin başlanğıcı kimi qəbul edir.
O qeyd edib ki, alimlər izah etməlidirlər ki, İmam Əliyə (ə) sevgi və vilayət onun yoluna sadiqlik deməkdir – müsəlman qanını qorumaq və ümmətin birliyini təmin etmək. Məzhəbçilik isə ümmətin taleyüklü məsələlərinə xəyanətə çevrilməməlidir.
“Xalid əl-Mulla” müsahibənin digər hissəsində Fələstin məsələsinə və ilahi qələbə vədinə toxunaraq bildirib ki, “Bu gün sizin dininizi kamil etdim” ayəsi nemətin tamamlanması ilə sıx bağlıdır və ən böyük nemət məzlumların izzət və gücləndirilməsidir.
O əlavə edib ki, Qədirin Fələstin qələbə vədi ilə əlaqələndirilməsi bizə qəti bir müjdə verir: düzgün yol ilə qorunan ümmət tam məğlub edilə bilməz və Qəzza və Fələstində, eləcə də digər cəbhələrdə verilən böyük fədakarlıqlar boş deyil, ilahi qanunların doğuluş mərhələsidir.
İraq sünni alimlər cəmiyyətinin sədri deyib ki, tarix göstərir ki, qələbə asan yollardan deyil, sınaq və təmizlənmə prosesindən keçir.
“əl-Mulla” vurğulayıb ki, Qədir ümid yaradır: haqq nə qədər mühasirədə olsa da, son nəticədə zühur və qələbə onundur; məzlum şəhidlərin qanı isə Allahın vəd etdiyi qələbəni və batilin məhvinə aparan gücdür.
O sonda gənclərə – həm şiə, həm sünni – sosial media mühitində müraciət edərək deyib: “Ey ümmətin gəncləri! Qoymayın parçalanma platformaları sizin şüurunuzu oğurlasın və ya ümumi qəbul olunmuş simvolları münaqişə meydanına çevirsin. Qədir heç vaxt ayrılıq xətti olmayıb, əksinə ümməti öz uca zirvələri ilə bağlayan peyğəmbəvi bir dayanacaqdır. İmam Əli (ə) sünnilər üçün zahidlik, ədalət və qəzavət imamı, şiələr üçün isə vilayət və məhəbbət imamıdır. Qədiri keçmiş kinlərlə deyil, gələcək baxışı ilə oxuyun. Bu günü virtual və real aləmdə birlik, Fələstin məzlumlarına yardım, zülmə qarşı mübarizə və ölkələrinizi mötədillik ruhu ilə qurmaq üçün gənclik andına çevirin; elə bir yanaşma ki, müxtəlifliyi zənginlik, birliyi isə zərurət kimi görür.”