Çinlə müharibə olsa, məğlub ola bilərik – ABŞ generalı
Story Code : 1081463
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frenk Kendall deyib.
“Bizim vəzifəmiz bu müharibənin qarşısını almaqdır. Lakin bu baş verərsə, qələbəyə hazır olmalıyıq. Hamımız Hava-Kosmik Qüvvələrində islahatların aparılması zərurətindən danışırıq, əks halda müharibənin qarşısını ala bilməyəcəyik, hətta məğlub da ola bilərik”, - Kendall bildirib.
Onun sözlərinə görə, əgər ABŞ-ın hərbi potensialı Çinin Tayvana təcavüzünün qarşısını almaq üçün kifayət etməsə, müharibə başlaya bilər.