0
Sunday 17 September 2023 - 11:14

ABŞ-ın fitnə dolu planları suya düşdü - Tailand Baş naziri Çinə yollanır

Story Code : 1082117
ABŞ-ın fitnə dolu planları suya düşdü - Tailand Baş naziri Çinə yollanır
Tailandın Baş naziri Settha Thavisin ikitərəfli əlaqələrin daha da gücləndirilməsi yollarını müzakirə etmək üçün 8-10 oktyabr tarixlərində Çinə səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə “Bangkok Post” qəzeti hökumət sözçüsü Çai Vaçaronqa istinadən məlumat yayıb.

Onun sözlərinə görə, danışıqların əsas mövzularından biri turizm sahəsində əməkdaşlığın artırılması olacaq. Yeni Tailand hökumətinin ABŞ və Çinlə münasibətlərdə balansı saxlamaq niyyətində olub-olmaması ilə bağlı suala Vaçaronq belə cavab verib: “Həqiqət budur ki, Tailand indi həm ABŞ, həm də Çinə iki əsas ticarət tərəfdaşı kimi bərabər yanaşır”.

Baş nazir ilk xarici səfərini ABŞ-a edəcək və orada sentyabrın 19-25-də BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak edəcək.
Comment