Ötən ilin oktyabrın 7-dən indiyədək Qəzza zolağında şəhid olanların ümumi sayı 32 414-ə yüksəlib.
Bu barədə anklavın Səhiyyə Nazirliyi bildirib.
Nazirlikdən bildirilib ki, Qəzza zolağında 74 787 nəfər yaralanıb.
Qeyd edək ki, oktyabrın 7-də Fələstin Müqaviməti İsrailin işğalçı siyasətinə qarşı "Əl-Əqsa Tufanı" əməliyyatına start verib. Müqavimət üzvləri sionist rejimdə mülki sakinlərə qarşı zorakılığa əl atmasa da, İsrail rejimi bunun tam tərsinə, Qəzzada hətta südəmər körpələrə belə rəhm etmir!