Teleqraf.com xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb deyib.
“Sülhə gedən yol hardansa başlamalıdır. Zelenski ilə söhbətdən sonra məndə belə bir hiss yarandı ki, səmimi sülh arzusu var”, - ölkə başçısı bildirib.
Stubb həmçinin qeyd edib ki, Zelenski bir sıra ölkələrin liderlərini iyunun 15-16-da İsveçrədə keçiriləcək sülh sammitinə dəvət edib. Finlandiya lideri ümidvar olduğunu söyləyib ki, konfransda mümkün qədər çox dövlət və hökumət başçıları iştirak edəcək və Rusiya ilə görüş keçiriləcək.
Bununla belə, o vurğulayıb ki, indi sülhə gedən yeganə yol döyüş meydanından keçir.