Axar.az xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel X sosial şəbəkəsində bildirib.
"Biz İsrail hökumətini beynəlxalq humanitar hüquqa hörmət etməyə və Rəfahda quru əməliyyatı keçirməməyə çağırırıq", - o bildirib.
Mişel həmçinin AB-dən humanitar yardımın bölgəyə daxil olması üçün sərhəd keçid məntəqəsinin açılması ilə bağlı çağırışları təkrarlayıb.
O, danışıqların davam etdirilməsinin vacibliyini də bəyan edib.