Axar.az xəbər verir ki, bu fikri ABŞ-ın demokrat senatoru Kris Kunts ABC telekanalının efirində bildirib.
"Bu vəziyyətdə özümüzü tapmağımız faciədir. Ümid edirəm ki, Baş nazir Netanyahu geridə hansı miras qoyacağı barədə düşünür. Hazırda onun mirası 7 oktyabrda baş vermiş böyük bir strateji və "müdafiə" uğursuzluğudur. Onun mirası ABŞ və İsrail arasında uzun, güclü, strateji münasibətlərdə də qırılma ola bilər”, - deyə o bildirib.