0
Wednesday 15 May 2024 - 14:39

Ərdoğan: İsrailin növbəti hədəfi Türkiyə olacaq!

Story Code : 1135257
Ərdoğan: İsrailin növbəti hədəfi Türkiyə olacaq!
Türkiyə prezidenti Türkiyə parlamentində verdiyi açıqlamada Türkiyə ərazisinin yarıdan çoxunu əhatə edən Anadolu yarımadasına işarə edərək, “İsrailin Qəzzada dayanacağını düşünməyin; Əgər bunun qarşısı alınmasa, bu üsyankar və terrorçu rejim gec-tez hədəflərini Anadoluya çevirəcək”.

Ərdoğan, daha sonra "Torpaqlarının müstəqilliyi üçün mübarizə aparan və Anadolunu müdafiə edən Həmas-ın yanında olmağa davam edəcəyik" dedi.

Ərdoğan Qəzza müharibəsi başlayandan bəri müxtəlif bəyanatlarla dəfələrlə Qəzzada fələstinlilərin soyqırımını pisləyib və bu yaxınlarda Qəzza müharibəsi səbəbindən İsraillə bütün ticarət əlaqələrini dayandıracağını açıqlayıb. Lakin bu qərarın açıqlanmasından bir neçə gün sonra mətbuatda Türkiyə hökumətinin işğal olunmuş Fələstinə (İsrailə) mal ixracı üçün lisenziya verdiyi xəbəri yayılıb.
Comment