Türkiyə ilə dialoq yalnız bu halda mümkündür - Suriyalı nazir
Story Code : 1139780
Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Suriyanın xarici işlər naziri Feysəl Mikdad İranın müvəqqəti xarici işlər naziri Əli Baqiri Kani ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Suriya-Türkiyə dialoqunun əsas şərti Ankaranın yerləşdiyi torpaqlardan çəkilməyə hazır olduğunu bəyan etməsidir.
Qeyd edək ki, xarici işlər və müdafiə nazirləri səviyyəsində görüşlərə baxmayaraq Suriya ilə Türkiyə arasında barışıq cəhdləri nəticəsiz olub.