0
Tuesday 9 July 2024 - 10:27

"Ukrayna özünü bombalayıb" - Rusiya MN

Story Code : 1146659
"Ukrayna özünü bombalayıb" - Rusiya MN
Teleqraf.com xəbər verir ki, bəyanatda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ukrayna hərbi sənaye obyektlərinə və hava bazalarına uzun mənzilli silahlarla qrup hücumu həyata keçirdiyi və təyin olunmuş obyektlərin vurulduğu qeyd olunub.

Bundan başqa bəyanatda bu gün səhər Kiyevdə dağıntılara səbəb olan raketin Ukraynaya aid olduğu iddia edilib.

Qeyd edək ki, bu gün səhər Rusiya 40-dan çox raketlə Ukrayna ərazisinə zərbələr enidirib. Hücumlar nəticəsində azı 31 nəfərin öldüyü, 50-dən çox insanın isə yaralandığını bildirilib.

Kiyev şəhər meri Vitali Kliçko isə teleqramda paytaxtda iyulun 9-u matəm elan olunduğunu elan edib.
Comment