0
Wednesday 10 July 2024 - 09:24

Makron işğalçı İsrail nazirlərinin Fransada seçkilərə müdaxiləsinə etiraz etdi

Story Code : 1146855
Makron işğalçı İsrail nazirlərinin Fransada seçkilərə müdaxiləsinə etiraz etdi
Sionist rejimin "Walla News" informasiya agentliyinin verdiyi xəbərə görə, Fransa prezidenti Emmanuel Makron işğalçı İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında sionist rejim siyasilərinin Fransanın daxili siyasətinə müdaxiləsinə etiraz edib və bunu qəbuledilməz adlandırıb.

Bu informasiya agentliyinin məlumatına görə, telefon danışığı keçən həftə baş tutub. Emmanuel Makron Netanyahuya İsrail nazirlər kabinetinin bir neçə üzvünün Fransa parlament seçkilərinə müdaxiləsindən şikayət edib.

Bu söhbətin təfərrüatları ilə tanış olan iki mənbə Walla News müxbirinə bildirib ki, Makron Netanyahuya deyib: "Fransada parlament seçkilərinə həftələr, günlər qalmış xaricdə yaşayan yəhudilərin işləri üzrə məsul nazir, Likud partiyası üzvü Amixay Şikli ifratçı sağçı Marine Le Penin partiyasını dəstəkləyəcəyini açıqlayıb."

Makronun Netanyahuya Şiklinin sözlərinin iki tərəf arasında gərginliyə səbəb olduğunu da bildirərək etiraz edib.
Comment