İran İsrailin bölgədə yeni macəraçılıq ardınca olması ilə bağlı xəbərdarlıq edib
Story Code : 1146858
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sionist rejimin Livana qarşı hər hansı qanunsuz müdaxiləsini təcavüz adlandırıb və bunun regionda gərginliyin, qeyri-sabitliyin və iğtişaşların artmasına səbəb olacağını xatırladaraq deyib:
"Biz hansısa problem ardınca deyilik, lakin ehtiyac duyulan zaman Livan xalqını və bu ölkənin təhlükəsizliyini dəstəkləməkdən çəkinməyəcəyik."
Nasir Kənani bildirib ki, Livan Müqavimət Hərəkatı hər zamankından daha güclüdür və bu ölkənin təhlükəsizliyini müdafiə etməyə hazırdır.