Azərbaycanda "Mason"ların fəaliyyətinə icazə verilib
Story Code : 1146884
Dünyanın müxtəlif ölkələrindən olan masonlar Azərbaycana gəlib.
"AzadBaki" İnformasiya Agentliyi xəbər verir ki, bu barədə "Rusiya Böyük Mason Lojası" məlumat yayıb.
Toplantı iyunun 28-də baş tutub. Məxfi keçirilmiş iclasda müzakirə edilmiş məsələlər barədə məlumat verilməyib.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri, professor Rafiq Əliyev deyir ki, "mason" təşkilatının Azərbaycanda tədbir keçirməsi normal haldır:
“Yəqin ki, masonlar bu ilin sonunadək qeydiyyata düşəcəklər və onların az-çox fəaliyyətini görəcəyik. Necə ki, nurçular Azərbaycanda fəaliyyət göstərdilər, amma, biz onların fəaliyyətinə 18 il sonra qiymət verdik. Azərbaycanda da masonlar öz fəaliyyətlərini davam etdirəcəklər”.
AzadBaki: Azərbaycan hakimiyyəti xalqın ənənəvi dini olan İslami şiəliyə, xüsusilə də Məhərrəmlik məclislərinin keçirilməsinə hər cür maneçilik törədir, ancaq Azərbaycan xalqına yad olan "Mason Lojası"nın məclisinin ölkədə keçirilməsini normal adlandırır.