0
Friday 26 July 2024 - 18:31

Tramp da Netanyahunu üzdü...

Story Code : 1150176
Tramp da Netanyahunu üzdü...
ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının namizədi Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdən əvvəl Qəzzada müharibəni tez bir zamanda dayandırmağa və əsirlərin geri qaytarılmasına çağırıb. Tramp əlavə edib ki, İsrail “ictimaiyyətlə əlaqələri” daha yaxşı yönətməlidir.

“Reuters”in məlumatına görə, Tramp Benyamin Netanyahunun çıxışına etiraz edənləri də tənqid edib və Amerika bayrağını yandıranlara bir il həbs cəzası verilməli olduğunu deyib.

Qeyd edək ki, cinayətkar sionist rejimin baş nazirinin ABŞ Senatında çıxışı zamanı 10 mindən çox insanın iştirakı ilə Konqres binası qarşısında kütləvi etiraz aksiyaları keçirilib. Nümayişçilərin əksəriyyəti dinc şəkildə etiraz edərək şüarlar səsləndirsələr də, nümayiş zamanı ümumilikdə 15 nəfərin həbs edildiyi bildirilir.

Etirazlarda Netanyahunun Amerika bayrağına bürünmüş maketi yandırılıb.
Comment