Qəzza müharibəsindən qayıdan İsrail hərbçiləri intihar edir
Story Code : 1150355
Bu gün səhər saatlarında sionist rejim KİV-i işğalçı İsrail ordusunun daha bir əsgərinin Nəhariyyə sahilləri yaxınlığında, Qəzza müharibəsindən qayıtdıqdan sonra intihar etiyi barədə məlumat yayıb.
Sionist rejim KİV-i bu əsgərin kimliyini açıqlamadan onun Qəzza zolağından qayıtdıqdan sonra psixoloji böhran yaşadığını və bu səbəbdən həyatına son qoyduğunu bildiriblər.
Bu xəbərə görə, İsraildə hər gün dəfn mərasimləri keçirilir. İstər açıq, istər rəsmi, istərsə də qeyri-rəsmi şəkildə dəfn mərasimlərinin ardı arası kəsilmir...
Fələstinin Şəhab informasiya saytı da sionist hərbçilərin intiharları ilə bağlı məlumat verərək yazıb ki, işğalçı İsrail ordusu son aylarda tez-tez Qəzzada döyüşlər zamanı psixoloji problemlər yaşayan hərbçilərinin intihar etdiyinə şahid olur.