Bolton: Netanyahu Harrisin prezident olmasından çox narahat olmalıdır
Story Code : 1150376
Keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton CNN-ə müsahibəsində deyib:
"ABŞ-ın vitse-prezidenti Kamala Harris çıxışında (İsraillə bağlı) sərt nizam-intizam və soyuq davranış nümayiş etdirdi. Onun sözlərindən bunu açıq-aydın müşahidə etmək olardı..."
Bolton bu müsahibənin davamında deyib: “Harri Trumen (1940-cı illərdə sionist rejimi tanıyan ABŞ-ın keçmiş demokrat prezidenti) məzarında titrəməlidir, çünki məncə, Demokratlar Partiyasının İsraillə çox xüsusi münasibəti məhv oldu və Kamala Harrisin mümkün hökuməti İsrail-ABŞ münasibətlərini tamamilə fərqli edəcək."
Kamala Harris işğalçı İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ Konqresindəki çıxışından sonra baş tutan görüşündə ona deyib ki, artıq Qəzzada atəşkəs yaratmağın vaxtıdır.
Kamala Harris bu hücumların Qəzzada Fələstinlilər üçün nəticələri ilə bağlı "ciddi narahatlıq" keçirdiyini ifadə edib.