0
Sunday 28 July 2024 - 10:35

Ayətullah Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

Story Code : 1150446
Ayətullah Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib
“Report” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Mərasimin əvvəlində İranın daxili işlər naziri Əhməd Vəhidi növbədənkənar prezident seçkilərinin necə keçirildiyi barədə rəsmi hesabat təqdim edib.

Daha sonra Ayətullah Seyid Əli Xamenei Pezeşkianın İranın 9-cu prezidenti elan edilməsi haqqında fərman verib.

Bildirilib ki, Məsud Pezeşkian iyulun 30-da Məclisdə (İran parlamenti) and içəcək.

 
Comment