0
Sunday 28 July 2024 - 12:42

KİV: Harris avqustda ABŞ-nin vitse-prezidentliyinə namizədini açıqlayacaq

Story Code : 1150481
KİV: Harris avqustda ABŞ-nin vitse-prezidentliyinə namizədini açıqlayacaq
“Report”un məlumatına görə, bu barədə CNN telekanalı mənbələrə istinadən xəbər verib.

"O, rahat olduğu və lazım gələrsə, prezident olmağa hazır olan birini seçəcək", - xəbərdə qeyd olunur.

Harris hələ planlarını açıqlamayıb.

Potensial vitse-prezidentliyə namizədin adının yaxın iki həftə ərzində məlum olacağı gözlənilir.

ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Comment