0
Monday 29 July 2024 - 17:32

Mahmud Abbas yaxın zamanda Türkiyəyə səfər edə bilər

Story Code : 1150727
Mahmud Abbas yaxın zamanda Türkiyəyə səfər edə bilər
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömer Çelik bildirib.

O qeyd edib ki, bu səfərin ötən günlərdə baş tutması nəzərdən keçirilirdi, lakin M.Abbasın səhhətində problemlərin yaranması səbəbiylə təxirə salınıb.

Ö.Çelik səfərin ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutacağını vurğulayaraq, M.Abbasın İsrail Baş naziri Benyamin Netanyahunun ABŞ Konqresində çıxışına cavab olaraq Türkiyə Böyük Millət Məclisində nitq ilə çıxış edəcəyinin gözlənildiyini də əlavə edib.
Comment