0
Monday 29 July 2024 - 23:36

Blinken: Qəzzada atəşkəs İsrail və Livan arasında atəşkəsə səbəb olacaq

Story Code : 1150772
Blinken: Qəzzada atəşkəs İsrail və Livan arasında atəşkəsə səbəb olacaq
ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Vaşinqton Qəzzədəki qarşıdurmaya son qoymaqda qərarlıdır və bu müharibə çoxlu qan tökülməsinə səbəb olub. Blinken deyib: "İsrailin öz vətəndaşlarını "müdafiə" etmək hüququ var, amma biz müharibə istəmirik..."

ABŞ Dövlət Departamenti əlavə edib: "Qəzzada atəşkəs İsrail və Livan arasında mavi xətt boyunca daimi atəşkəs üçün fürsət yaradacaq.”

Blinken sionist rejimin iddialarını təkrarlayaraq deyib: "Colanda insanların ölümünə görə narahatıq. Elə görünür ki, Colana raketi atan tərəf Hizbullahdır və terrorun heç bir bəhanəsi yoxdur”.
Comment