Florian Filippo: Makron Durovu Fransaya cəlb etmək üçün hiyləyə əl ata bilər
Story Code : 1156531
APA xəbər verir ki, bunu Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo bildirib.
“Doğrudanmı Makron Pavel Durovu tələyə salıb?! “Le Canard Enchaîné” nəşri indicə yazdı ki, “Telegram”ın baş direktoru polisə açıqlamasında həmin axşam Makronla nahar etməyi planlaşdırdığını söyləyib!”, - Filippo “X” hesabında yazıb.
Siyasətçinin fikrincə, Makron “ağalarının” qoyduğu tapşırığı yerinə yetirmək üçün bu cür hiylələrə əl atmağa qadirdir.
“Makrondan izahat tələb edirik!”, - Filippo əlavə edib.