Publika.az xəbər verir ki, eks-prezident bu barədə “Truth” sosial şəbəkəsində məlumat verib.
Tramp vurğulayıb ki, o, radikal sol demokratlarla Harrislə mübahisə etmək üçün razılıq əldə edib. O əlavə edib ki, debat sentyabrın 10-da “ABC Fake News”da yayımlanacaq. Eyni zamanda, eks-prezident kanalı “ən çirkin və ən vicdansız” adlandırıb.
ABŞ prezidentliyinə namizəd əlavə edib ki, debat iştirakçıları ayağa qalxacaqlar, onlara qeydlər və vərəqlər gətirmək qadağandır. Telekanal debatın ədalətli və bərabər olacağına, tərəflərə əvvəlcədən sual verilməyəcəyinə əmin edib.