Ankara: İranın rejiminin hava hücumları ilə dəyişdirilməsi qeyri-mümkündür
Story Code : 1263121
Türkiyənin xarici işlər naziri Hakan Fidan bazar ertəsi CNN-ə müsahibəsində bildirib ki, İranın rejiminin hava hücumları vasitəsilə dəyişdirilməsi qeyri-mümkün və real olmayan bir addımdır.
ABŞ prezidenti son günlər bu ölkənin Ərəb dənizi sularında aviadaşıyıcı gəmisinin mövcudluğuna işarə edərək, qorxu mühiti yaratmaqla Tehranı Vaşinqtonun tələblərini qəbul etməyə məcbur etməyə çalışıb. Halbuki İran İslam Respublikasının rəsmiləri ABŞ-ın həddən artıq tələblərini rədd edərək, İran xalqının nüvə hüquqlarından geri çəkilməyəcəklərini açıqlayıblar.
Fidanın fikrincə, hazırda İrana qarşı müharibə təhlükəsi mövcud deyil və Tehranla Vaşinqton arasında davam edən danışıqlar hərbi müdaxilə ehtimalını aradan qaldırıb. O, həmçinin İran və ABŞ arasındakı böhranın danışıqlar yolu ilə həll olunmasının mümkün olduğunu qeyd edib.