0
Wednesday 25 March 2026 - 02:00

Həşd əş-Şəbiyə ABŞ hücumlarına qarşı cavab icazəsi verildi

Story Code : 1270874
Həşd əş-Şəbiyə ABŞ hücumlarına qarşı cavab icazəsi verildi
İraqın rəsmi xəbər agentliyi bu gün, çərşənbə axşamı, məlumatlı mənbələrə istinadən bildirib ki, Milli Təhlükəsizlik Şurası “Həşd əş-Şəbi”yə və digər təhlükəsizlik qurumlarına özünümüdafiə və cavab haqqı əsasında fəaliyyət göstərmək icazəsi verib.
Həmin mənbələr vurğulayıblar ki, buna əsasən “Həşd əş-Şəbi” və İraqın təhlükəsizlik qurumları öz mövqelərinə qarşı hərbi təcavüzə cavab olaraq, hədəfi müəyyən etdikdə, özünümüdafiə və cavab haqqı çərçivəsində tədbir görmək səlahiyyətinə malikdirlər.
İraqın “Həşd əş-Şəbi” təşkilatı bu gün ABŞ-ın hava hücumu nəticəsində ölkənin qərbində yerləşən Əl-Ənbar vilayətində əməliyyat komandiri Səd əl-Beyci və bir neçə silahdaşının həlak olduğunu açıqlayıb.
Bəyanata görə, bu hücumlarda “Həşd əş-Şəbi”nin daha 14 üzvü də həyatını itirib.
 
Comment