0
Thursday 16 April 2026 - 16:58

Çin müdafiə nazirinin ABŞ-a sərt xəbərdarlığı: “Gəmilərimizə yaxınlaşmayın”

Story Code : 1275029
Çin müdafiə nazirinin ABŞ-a sərt xəbərdarlığı: “Gəmilərimizə yaxınlaşmayın”
Çin müdafiə naziri “Dun Cun” bazar ertəsi günü ABŞ-ın bu keçidi bloklama cəhdlərinə münasibət bildirərək Vaşinqtonu Çin ilə İran arasındakı ikitərəfli münasibətlərə müdaxilə etməməyə çağırıb. Çin müdafiə naziri bu barədə deyib: “Bizim İranla ticarət və enerji sahəsində razılaşmalarımız var və başqalarının bizim işlərimizə müdaxilə etməsini gözləmirik”. Çinli yüksək vəzifəli şəxs əlavə edib ki, Hörmüz boğazı Çin üçün açıq qalmağa davam edir. Çinin bu xəbərdarlığı təkcə siyasi deyil, həm də hərbi səviyyədə verilib və Tramp dövrünün ABŞ-na ünvanlanan bir mesaj kimi qiymətləndirilir ki, Çin milli maraqlarını qorumaq üçün hərbi vasitələrdən istifadə etməyə hazırdır. Trampın addımı uğursuzluq və məğlubiyyət xarakteri daşısa da, çinlilərin bu istiqamətdə konkret olaraq hansı addımlar atacağı hələlik diqqət mərkəzindədir.
 
Comment