Fələstin İslam Müqavimət Hərəkatı “Həmas” bu gün (cümə) bəyan edib ki, Qəzzada iki milyondan çox insan sionist rejimin aclıq siyasətinin, qətliam maşınının və mühasirəsinin girovuna çevrilib.
Həmas bəyanatında izah edib: “Biz və Fələstin müqavimət qrupları razılaşmanın bütün maddələrinə tam sadiqlik göstərmişik, halbuki işğalçılar öz öhdəliklərini pozublar”.
“Əl-Məyadin” telekanalının bu bəyanata istinadən yaydığı məlumata görə: “İşğalçıların atəşkəsi gündəlik pozması, Netanyahu kabinetinin vasitəçilərin səylərinə əhəmiyyət vermədiyini və razılaşmadan yayınmaq, onu zəiflətmək istədiyini açıq şəkildə göstərir”.
Həmas bildirib ki, Şarm əl-Şeyx razılaşmasının imzalanmasına baxmayaraq sionistlərin davam edən təcavüzü, müharibənin və fələstinlilərə qarşı soyqırımın davamıdır. Hərəkat vurğulayıb: “Atəşkəsin pozulması, razılaşmanın icrasına təminat vermək üçün vasitəçilərin və zəmanətçi ölkələrin qəti mövqe tutmasını zəruri edir”.
Bəyanatda həmçinin deyilir: “Davam edən hücumlar, mülki şəxslərin qorunması üçün qəbul edilmiş beynəlxalq qanunlar və konvensiyalar baxımından qeyri-adi humanitar, siyasi və hüquqi vəziyyəti göstərir”.