0
Friday 1 May 2026 - 17:55

Nəftali Bennet: İsrail dağılma mərhələsindədir

Story Code : 1277857
Nəftali Bennet: İsrail dağılma mərhələsindədir
Sionist rejimin keçmiş baş naziri Nəftali Bennett İsrailin 12-ci kanalına müsahibəsində deyib ki, hazırda gündəmdə olan əsas məsələ İsrailin çökmə vəziyyətinə düşməsidir.

Keçmiş baş nazir əlavə edib: Hərbi xidmətdən yayınma bizim hərbçilərimizi tükəndirir. Dünən sərhəddə bir qrup hərbçi ilə görüşdüm və onlar mənə vəzifələrini yerinə yetirmək üçün kifayət qədər güclərinin olmadığını dedilər.

Bennet davam edərək bildirib: Onlar dedilər ki, bölgə bizim nəzarətimizdə idi, lakin canlı qüvvə çatışmazlığı səbəbindən geri çəkilməyə məcbur olduq. Halbuki yüz minlərlə sağlam və güclü haredi gənc kənarda dayanıb, hökumət isə vəziyyətimizi görməzdən gəlir və onlara milyardlarla dollar verir.
 
Comment