ABŞ prezidenti Donald Trampın planlarından məlumatlı mənbələr xəbər veriblər ki, o, qərarlarına qarşı çıxan Avropa ölkələrini, o cümlədən İran İslam Respublikasına qarşı məcburi müharibəyə kömək etmədiklərinə görə cəzalandırmaq istəyir.
Xəbər-analitik sayt Politico şənbə günü yazıb ki, Vaşinqton ilə Avropa İttifaqı arasındakı fikir ayrılıqları əvvəlkindən daha çox həllsiz xarakter alıb və Tramp Avropadakı müttəfiqlərini cəzalandırmağa çalışır.
Bundan əvvəl Tramp, Avropa İttifaqının ABŞ ilə ticarət razılaşmalarına əməl etmədiyini bildirərək elan etmişdi ki, gələn həftədən etibarən bu ittifaqdan idxal olunan avtomobil və yük maşınlarına 25 faiz rüsum tətbiq ediləcək.
Politico bu barədə izah edib: “ABŞ ilə onun avropalı tərəfdaşları arasındakı ixtilaflar həllolunmaz vəziyyətə gəlib. Tramp hazırda onlarla əməkdaşlıq etməkdən daha çox, Avropa güclərini tənqid etməyə və ehtimal ki, cəzalandırmağa çalışır.”
Avropalı rəsmilər bu sayta bildiriblər ki, Trampın son davranışları Avropa İttifaqına Vaşinqtondan müstəqilliyin zəruriliyi məsələsində daha aydın mövqe formalaşdırıb, lakin ABŞ-dan asılılığın azaldılması prosesi çox ləng gedir.
Bundan əvvəl Pentaqonun sözçüsü Şon Parnell “RİA Novosti” kanalına müsahibəsində ABŞ-ın bir il ərzində Almaniyadan 5000 amerikalı əsgəri çıxarmaq qərarını təsdiqləmişdi.
Politico həmçinin əlavə edib: “Avropa ölkələrinin liderləri indidən yeni reallığa uyğunlaşmağa başlayıblar və hesab edirlər ki, ən pis hadisə artıq elə indi baş verib.”