“Əl-Mənar”ın məlumatına görə, Livan Müqavimət qüvvələri ilə sionist düşmən ünsürləri arasında Livanın cənubunda Vadi Rac (Deyr Siryan – Zotar) bölgəsi ətrafında şiddətli toqquşmalar baş verib. Məlumatlara əsasən, döyüşlər avtomat silahlar və raketlərdən istifadə edilməklə aparılıb.
İlkin məlumatlara görə, Müqavimət düşmən hərbçiləri arasında ölən və yaralananların olduğunu təmin edib və toqquşmalar hələ də davam edir.
Eyni zamanda, ivritdilli media Livanın cənubunda sionist hərbçilər üçün ağır təhlükəsizlik hadisəsinin baş verdiyini xəbər verib.
Sionist media “Livanın cənubunda qeyri-adi hadisə” baş verdiyini və İsrail ordusunun senzura qurumu icazə verdikdən sonra əlavə detalların açıqlanacağını bildirib.
Sionist məskunlaşmaçılar isə “Hizbullah”ın Qolani briqadasına bağlı hərbçiləri Livanın cənubunda hədəf aldığını iddia ediblər.
İvrit mediası hadisənin genişmiqyaslı və ağır olduğunu, toqquşmaların çox şiddətli getdiyini və intensiv atəş açıldığını bildirib.
Düşmən mediası Livanın cənubunda sionist hərbçilər üçün ikinci təhlükəsizlik hadisəsinin də baş verdiyini açıqlayıb.
Sosial şəbəkələrdə sionistlər Livanın cənubunda “Hizbullah” döyüşçüləri ilə şiddətli toqquşmalara girən düşmən hərbçilərinin xilası üçün dualar etdiklərini bildiriblər.
Sionist media həmçinin Livanın dərin cənub bölgəsində baş verən təhlükəsizlik hadisələrindən birinin davam etdiyini və yaralı sionistləri çıxarmaq üçün düşmən helikopterlərinin bölgəyə cəlb edildiyini qeyd edib.