Ağ Evin sözçüsü çərşənbə axşamı iddia edib ki, İran onilliklərdir dünyanı şantaj edir və Hörmüz boğazından öz iradəsini zorla qəbul etdirmək üçün vasitə kimi istifadə edir.
Hörmüz boğazı bir müddət əvvələdək bütün gəmilərin keçidi üçün açıq idi, lakin ABŞ və sionist rejimin İrana qarşı hücumlarının başlamasından və bəzi Fars körfəzi ərəb ölkələrinin bu müharibədə ABŞ-a dəstək verməsindən sonra Tehran düşmən hesab etdiyi bütün gəmilərin Hörmüz boğazından keçidini qadağan edib və bu su yolundan hər hansı keçidi Tehranla razılaşdırmaq şərtinə bağlayıb.
Ağ Evin sözçüsü bildirib ki, Vaşinqton İranın təhdidlərini aradan qaldırmağa çalışır və Hörmüz boğazı vasitəsilə qlobal ticarəti bərpa etməyə səy göstərir, baxmayaraq ki, ABŞ bu istiqamətdə hələlik uğur əldə edə bilməyib.