Hizbullah Livan bu gün yaydığı 10 nömrəli bəyanatda bildirib: Livanı və onun xalqını müdafiə etmək məqsədilə, həmçinin sionist düşmənin atəşkəs razılaşmasını və Livanın hava məkanını pozmasına cavab olaraq, İslam müqavimətinin mücahidləri bu gün (çərşənbə axşamı) saat 13:35-də əl-Biyazə bölgəsinin hava məkanında düşmən ordusuna məxsus helikopteri hədəfə alıblar.
Hizbullah qeyd edib ki, bu hücum yer-hava raketi ilə həyata keçirilib və dəqiq zərbə qeydə alınıb.
Bundan əvvəl də “Əl-Mənar” şəbəkəsi xəbər vermişdi ki, İslam müqaviməti əl-Biyazə bölgəsində İsrail əsgərləri və hərbi texnikalarının toplandığı məntəqəni raketlə vurub.
Digər bir hücumda isə bu gün “Merkava” tankı əl-Qozah bölgəsində kamikadze pilotsuz uçuş aparatı ilə hədəfə alınıb və birbaşa zərbə qeydə alınıb.
Həmçinin İsrail ordusuna məxsus iki ədəd zirehli “D9” buldozeri Rəşaf bölgəsində və Deyr Siryan qəsəbəsində yerləşən Xallət Rac ərazisində iki ayrı hücumda hədəfə alınıb. Hər iki hücum kamikadze PUA-larla həyata keçirilib və birbaşa zərbə ilə nəticələnib.
Bu əməliyyatların davamı olaraq, Xallət Rac ərazisində vurulan buldozerlərdən birini yedəkləyən “Namera” tipli hərbi nəqliyyat vasitəsi də kamikadze PUA ilə hədəfə alınıb.