ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) İran neft tankerinə atəş açdığı iddiası
Story Code : 1278814
Qərbi Asiya regionunda ABŞ qüvvələrinə rəhbərlik etmək vəzifəsini daşıyan ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu gün çərşənbə ABŞ hərbçilərinin İran bayrağı altında olan bir neft tankerinə atəş açdığını iddia edib.
CENTCOM bu bəyanatda iddia edib ki, ABŞ qüvvələri Oman körfəzində İran bayraqlı bu neft tankerinin idarəetməsini sıradan çıxarıblar.
İran tərəfindən terror təşkilatı kimi elan edilmiş CENTCOM-un iddiasına görə, bu gəmi ABŞ-ın dəniz blokadasına zidd olaraq İran limanlarından birinə doğru hərəkət edirdi.
CENTCOM bəyanatında hadisənin təfərrüatları barədə bildirib ki, “MT Həsən” adlı bu gəmi yükgötürməyən, İran bayraqlı bir neft tankeri idi və ABŞ-ın şərq vaxtı ilə saat 09:00-da (İran vaxtı ilə 16:30) Oman körfəzinin beynəlxalq sularında İran limanına doğru hərəkətdə müşahidə olunub.
CENTCOM bildirib ki, Oman körfəzində yerləşdirilmiş ABŞ qüvvələri bu tankeri İran limanı istiqamətində gördükdən sonra blokada tədbirlərini tətbiq ediblər.
Gəminin sükanına güllə dəydi
CENTCOM-un sözlərinə görə, ABŞ qüvvələri bu gəmiyə bir neçə dəfə xəbərdarlıq edib və heyətinə bu gəminin ABŞ-ın dəniz blokadasını pozduğunu bildiriblər.
Bəyanatda qeyd olunub ki, “Abraham Lincoln” təyyarədaşıyan gəmisindən havaya qalxan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F/A-18 Super Hornet qırıcısı 20 millimetrlik topundan bir neçə mərmini bu neft tankerinin sükanına doğru atıb.
CENTCOM bildirib ki, bu hücumdan sonra gəmi “artıq İran istiqamətində hərəkət etmirdi”.
ABŞ ordusuna bağlı bu qurum vurğulayıb ki, İran limanlarına daxil olmaq və ya oradan çıxmaq istəyən gəmilərə qarşı ABŞ-ın dəniz blokadası “tam şəkildə qüvvədədir” və ABŞ qüvvələri “bu blokadaya riayət olunmasını təmin etmək məqsədilə qəsdən və peşəkar şəkildə fəaliyyətlərini davam etdirirlər.”