0
Wednesday 6 May 2026 - 22:27

Livanın Cənubunda “Hizbullah”ın sionistlərə qarşı güclü hücumlarının davamı

Story Code : 1278818
Livanın Cənubunda “Hizbullah”ın sionistlərə qarşı güclü hücumlarının davamı
“Hizbullah” bildirib ki, Ət-Tayyibə kəndinin meydanında toplaşan sionist hərbçilər qrupunu kamikadze dronla hədəf alıb və birbaşa zərbə qeydə alınıb.
Livan Müqaviməti həmçinin Əl-Biyada kəndi ətrafında düşmən hərbçilərinin bir toplanış nöqtəsinin artilleriya atəşinə tutulduğunu açıqlayıb.
“Hizbullah” Qantara bölgəsində İsrail ordusunun yeni yerləşdirilmiş komanda mərkəzini kamikadze dronla vurduğunu və dəqiq zərbə qeydə alındığını bildirib.
Digər bir hücumda isə Deyr Səriyan kəndində İsrailə məxsus “Hummer” zirehli maşını birbaşa dron zərbəsi ilə vurulub.
Müqavimət daha sonra ayrıca bəyanatda Əl-Quzah kəndində işğalçı qüvvələrə məxsus zirehli transportyorun kamikadze dronla hədəf alındığını bildirib.
Bir neçə saat sonra Ət-Tayyibə bölgəsində də başqa bir “Hummer” avtomobili oxşar hücumla vurulub.
“Əl-Məyadin” kanalının son məlumatına görə, Ən-Nakoura şəhəri yaxınlığında İsrail qüvvələri və texnikasının toplaşdığı əraziyə eyni anda kamikadze dron dəstəsi ilə hücum edilib.
Eyni zamanda ivrit media orqanları Livan sərhədi yaxınlığında, Tələl Ramim (Əl-Abad mövqeyi) bölgəsində bir hərbi bazanın yaxınlığında partlayıcı dronun partlaması barədə xəbər verib.
İşğalçı rejim ordusunun radiosu təsdiqləyib ki, atəşkəs elanından bu yana üçüncü dəfədir ki, “Hizbullah”a məxsus kamikadze dron işğal olunmuş ərazilərə daxil olub və orada partlayıb.
İsrail ordusunun sözçüsünə görə, “Hizbullah” ayrı-ayrı hücumlarda kamikadze dronlar və bir neçə raketlə Livanın Cənubundakı İsrail qüvvələrini hədəf alıb.
İşğalçı ordu sərhədlərdə qüvvələrinin yaxınlığında iki dronun düşməsi nəticəsində iki sionist hərbçinin yaralandığını açıqlayıb.
 
 
 
Comment