0
Wednesday 3 June 2026 - 15:03

Atəşkəsin pozulmasına cavab olaraq ABŞ bazalarına raket zərbələri

Story Code : 1283687
Atəşkəsin pozulmasına cavab olaraq ABŞ bazalarına raket zərbələri
Çərşənbə axşamı axşam saatlarında ABŞ ordusu İran İslam Respublikasına qarşı qanunsuz və qeyri-insani dəniz blokadasını həyata keçirmək bəhanəsi ilə beynəlxalq sularda bir neft tankerinə hücum etmişdi.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) yaydığı bəyanatda Botsvana bayrağı altında hərəkət edən və Xark adasına doğru istiqamətlənən boş neft tankerinin mühərrik bölməsini vurduğunu və onu dayandırdığını açıqlayıb.
İran İslam Respublikası isə bu təcavüzkar addıma cavab olaraq Hörmüz boğazı yaxınlığında yerləşən ABŞ-İsrail mənşəli “Panaya” gəmisinə raket zərbəsi endirib.
Lakin ABŞ ordusu atəşkəsi yenidən pozaraq Qeşm adasının cənubunda yerləşən hərbi rabitə qülləsinə hücum edib.
ABŞ-ın bu hərəkətinə cavab olaraq İran İslam Respublikası düşməni cəzalandırmaq və çəkindirmək məqsədilə Fars körfəzi sahillərində yerləşən ölkələrdə genişmiqyaslı raket və pilotsuz aparat əməliyyatı həyata keçirib.
Küveyt Müdafiə Nazirliyi bəyanat yayaraq bildirib: “Ölkəmiz düşmən raket və pilotsuz aparatlarının hücumuna məruz qalır. Hava hücumundan müdafiə sistemləri hədəflərlə mübarizə aparır. Vətəndaşlar aidiyyəti qurumların təhlükəsizlik göstərişlərinə əməl etməlidirlər”.
Ərəb mənbələrinin məlumatına görə, Küveytin cənubundakı Əs-Surra şəhərində, həmçinin ABŞ hərbçilərinin yerləşdiyi Əli əs-Salim aviabazasında partlayışlar baş verib. Bundan başqa, Ərifcan bazası da ballistik raketlə vurulub.
Bir neçə dəqiqə sonra “Əl-Cəzirə” telekanalı Bəhreyndə hava həyəcan siqnallarının və hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyini xəbər verib. Hücumlar zamanı Əl-Cəfri bazası və ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahı zərbələrə məruz qalıb.
Daha sonra təsdiqlənməmiş məlumatlarda Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində ABŞ hərbçilərinin yerləşdiyi məntəqələrdə güclü partlayışların baş verdiyi bildirilib.
İraqın “Saberin News” media qurumu BƏƏ sahillərinə yaxın sularda yerləşən hərbi gəmilərin raket və pilotsuz aparat hücumlarına məruz qaldığını xəbər verib.
Qeyri-rəsmi mənbələr həmçinin BƏƏ-dəki ABŞ bazalarının, o cümlədən Əz-Zəfra, Əs-Safran və Əl-Minhad bazalarının hədəfə alındığını bildiriblər.
Bir neçə saat sonra ABŞ Mərkəzi Komandanlığı yaydığı bəyanatda Fars körfəzi ölkələrində yerləşən ABŞ hərbçilərinin İran raketləri və pilotsuz aparatlarının hücumuna məruz qaldığını təsdiqləyib.
Digər tərəfdən, İraq Kürdüstan bölgəsinin mərkəzi olan Ərbildə yerləşən İran əleyhdarı silahlı və separatçı qrupların qərargahları da bir neçə saat ərzində İran İslam Respublikasının atəşi altında qalıb.
 
Comment