Məlumatlara görə, hücum edən raketlər Bəhreyn hava məkanına daxil olub və onların qarşısını almaq üçün hava hücumundan müdafiə sistemləri aktivləşdirilib.
Ərəb KİV-lərinin məlumatına əsasən, Bəhreyndə ABŞ hərbçilərinin yerləşdiyi bazalar raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumların hədəfinə çevrilib.
Bildirilir ki, Əl-Cəfri bazası və ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının Bəhreyndəki qərargahı zərbələrə məruz qalıb.
Bir neçə dəqiqə sonra həmin mənbələr Küveyt və Bəhreyndə yerləşən ABŞ hərbi obyektlərinə qarşı raket və pilotsuz aparat hücumlarının davam etdiyini, xəbərdarlıq siqnallarının isə susmadığını xəbər veriblər.
Məlumata görə, bu əməliyyat ABŞ ordusunun beynəlxalq sularda İran neft tankerinə qarşı həyata keçirdiyi hücum və Qeşm adasının cənubunda yerləşən rabitə qülləsinə edilən qanunsuz zərbəyə cavab olaraq həyata keçirilib.