İsrailin Livanın müxtəlif bölgələrinə hava və pilotsuz uçuş aparatları ilə hücumları
Story Code : 1283705
Livan Xəbər Agentliyinin məlumatına görə, işğalçı sionist rejimin Livanın cənubunda, Sur (Tir) rayonunun əl-Huş bölgəsinə endirdiyi hava zərbələri nəticəsində altı nəfər şəhid olub.
Bir qədər əvvəl Əl-Cəzirə English telekanalının Livandakı müxbiri məlumat verib: “İsrailin Sur şəhərinə endirdiyi hava hücumu nəticəsində 6 nəfər həlak olub... Onlar fermer idilər... İki müxtəlif məkanda yerləşən yardım mərkəzlərinə hücumlar həyata keçirilib və ən azı bir xilasedici həlak olub...”
Əl-Məyadin telekanalı xəbər verib ki, İsrailə məxsus pilotsuz uçuş aparatı Beyrutun cənub sahil yolu üzərində yerləşən “Xalde” bölgəsində bir avtomobili hədəfə alıb.
Məlumatlara görə, İsrail PUA-ları “Deyr əz-Zəhrani – Həbbuş” yolunda Livan ordusuna məxsus bir avtomobili idarəolunan raketlə vurub. Nəticədə avtomobildə olan bir neçə nəfər yaralanıb. Həmçinin Nəbtiyyə rayonunun “Mərc Haruf” bölgəsi də pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb.
Sionist rejimin döyüş təyyarələri də Sur rayonundakı “Siddiqin”, Nəbtiyyə rayonundakı “Kəfr Təbnit” və Livanın cənubundakı “Ədşit” bölgələrini bombalayıb.