0
Thursday 9 July 2026 - 12:13

İsrael Katz Trampa cavab verdi: Livanda qalmaq üçün heç kimdən icazə almırıq

Story Code : 1291105
İsrael Katz Trampa cavab verdi: Livanda qalmaq üçün heç kimdən icazə almırıq
İşğalçı İsrail mediası xəbər verib ki, sionist rejimin müdafiə naziri İsrael Katz ABŞ Prezidenti Donald Trampın İsrailin Livandan geri çəkiləcəyi ilə bağlı açıqlamasına münasibət bildirərək deyib:

"Biz Livana daxil olmaq üçün heç bir tərəfdən icazə almamışıq. Livanda qalmaq üçün də heç kimdən icazə almağa ehtiyacımız yoxdur."

Əl-Cəzirə telekanalının yaydığı məlumata əsasən, işğalçı İsrailin müdafiə naziri, daha əvvəl də səsləndirdiyi iddianı təkrarlayaraq bildirib:

"Son iki il yarım ərzində Hizbullahın imkanlarının böyük hissəsini və təşkilatın çoxsaylı komandirlərini "məhv" etmişik."
 
Comment