0
Saturday 11 July 2026 - 00:32

Kərbəla və Nəcəfdə Haqq Bayraqdarının Möhtəşəm vidası və Zühur Ümidi

Story Code : 1291408
Kərbəla və Nəcəfdə Haqq Bayraqdarının Möhtəşəm vidası və Zühur Ümidi
📝 Ayətullah Seyid Əbdülkərim Kəşmirinin sirr əhli və şagirdlərinə aid şifahi xatirələrdən:
«Axırzamanda Ətəbati-aliyatnin qəribliyi və şiələrin məzlumluğu sarsıdıcı bir hadisə ilə sona çatacaq. Ruhullahın övladlarından və Haqqın bayraqdarlarından birinin pak cənazəsi ilahi feyz vasitəsinə çevriləcək. O, Nəcəf və Kərbəlada vida mərasimləri ilə yola salınacaq və bu vidala sanki İraqın mənəvi və zahiri qıfılları açılacaq, zəvvarlar və zühurun zəminəsini hazırlayanlar üçün yol asanlaşacaq.»

📝 Mərhum Ayətullah Seyid Əhməd Nəcəfinin (Ağacan) açıq ifadəsi:
«Zühur ərəfəsində elə bir hadisə baş verəcək ki, qəlbləri Ətəbati-aliyata yönəldəcək. Haqq cəbhəsinin böyük bayraqdarlarından birinin pak cənazəsi məzlumcasına, lakin mələkuti əzəmətlə Nəcəf və Kərbəlaya daxil olacaq. Bu vidalaşma adi bir mərasim deyil; bu, göydə və yerdə əks-səda verən bir hadisədir və mələklər də orada hazır olacaqlar. Onun cənazəsinin babası Əmirəlmöminin Əlinin (ə) hərəminə gətirilməsi və Kərbəlada vidası, şiələrin qəlbində son oyanışın və Fərəc əmrini qarşılamaq üçün böyük bir hərəkatın başlanğıcı olacaq.»

📝 Ayətullah Bəhaəddininin şagirdlərinin süluki qeydlərindən:
«Vilayət yolunda axıdılan qanlar müqəddəs əta-batda bəhrə verir. Zühurdan öncə Haqq cəbhəsinin böyük şəxsiyyətlərindən və ilahi sütunlarından biri Allahın görüşünə qovuşacaq. Onun pak cənazəsinin iki hərəmin – Nəcəf və Kərbəlanın – arasında vida mərasimi aləmdə böyük bir həyəcan yaradacaq. Bu möhtəşəm vida, Kərbəla şəhidlərinin qanının qisas zamanının və qlobal ədalət hökumətinə qovuşmanın yaxınlaşdığına dair bir müjdə və işarə olacaq.»

📚 Mənbə: «Seyri dər Afaqi-Mələkut» kitabı.

📝 Mərhum Hacı Mirzə İsmayıl Dülabidən:
«Şəhidi Kərbəla və Nəcəfə aparanda, bu, sadəcə təvaf üçün deyil; Kərbəla və Nəcəf torpağı bu bədənlərin görüşünə müştaqdır. Axırzamanda görəcəksiniz ki, dinin əzizlərinin və böyüklərinin cənazələri xalqın çiyinləri üzərində Nəcəf və Kərbəla arasında böyük bir coşqu yaradacaq. Bu vidalar axırzaman yoldaşlarının qanının Seyyidüş-Şühədanın (ə) qanı ilə qovuşmasının nişanəsidir və Fərəcin qoxusunu verir.»

📚 Mənbə: «Misbahül-Hüda» kitabında Hacı Mirzə İsmayıl Dülabinin bəyanlarından, şəhadət və fərəcin sirləri ilə bağlı bölmədən götürülmüş məfhumların xülasəsi və iqtibası.
 
 
 
Comment