0
Tuesday 21 July 2026 - 21:53

İvri Kanalının İddiası: Əl-Colani Hizbullaha Qarşı Yaxın Günlərdə Əməliyyata Hazırlaşır

Story Code : 1293979
İvri Kanalının İddiası: Əl-Colani Hizbullaha Qarşı Yaxın Günlərdə Əməliyyata Hazırlaşır
Əl-Məyadin kanalı ivri dilli Kan televiziyasına istinadən xəbər verib ki, Suriyanın təhlükəsizlik rəsmilərindən biri (Əl-Culaninin rəhbərlik etdiyi özünü elan etmiş hökumətlə əlaqəli) bildirib ki, Dəməşq açıq şəkildə belə addıma qarşı mövqe nümayiş etdirsə də, Hizbullaha qarşı hərbi əməliyyatın icrasına hazırlaşır.
Kan televiziyasının həmin suriyalı rəsmiyə istinadla yaydığı məlumata görə, Suriya rəhbərlərinin ictimai bəyanatları ilə pərdəarxası danışıqlar və real proseslər arasında böyük fərq mövcuddur.
ABŞ Prezidenti Donald Tramp bir neçə saat əvvəl livanlı həmkarı ilə görüşündə son günlər ərzində dəfələrlə səsləndirdiyi fikri yenidən təkrarlayaraq bildirib: “Suriya Prezidenti (Əl-Culani) Hizbullaha qarşı müdaxilə edib müəyyən addımlar atmaq istəyir və mən hesab edirəm ki, bu, çox təsirli olacaq.”
Bununla bağlı daha əvvəl İran və müqavimət qrupları Əl-Culaniyə Livan Hizbullahına qarşı hər hansı addım atacağı təqdirdə xəbərdarlıq etmişdilər.
 
 
 
 
Comment