0
Thursday 30 July 2026 - 15:17

SEPAH tərəfindən üç F-35 təyyarəsi tamamilə məhv edildi

Story Code : 1296067
SEPAH tərəfindən üç F-35 təyyarəsi tamamilə məhv edildi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr İdarəsi:

Bismillah-Qsimil-Cəbbarin
أُذِنَ لِلَّذِينَ يُقَٰتَلُونَ بِأَنَّهُم ظُلِمُواْۚ وَإِنَّ ٱللَّهَ عَلَىٰ نَصرِهِم لَقَدِيرٌ
«Zülmə məruz qaldıqları üçün onlara qarşı döyüşənlərə (döyüşməyə) icazə verildi. Şübhəsiz ki, Allah onlara kömək etməyə qadirdir.»
Ey İordaniyanın şərəfli və dərrakəli xalqı!
Sizin səmimi dəstəyiniz və əməkdaşlığınız, xüsusilə İordaniya ziyalılarının və elitasının bir sıra qruplarının açıq mövqeləri düşmən üçün meydanı daraltmış və onları çıxılmaz vəziyyətə salmışdır.
Bu gün sübh çağı Amerika düşməni sizin ölkənizdəki işğal olunmuş bazalardan istifadə etməklə və hərbi qarşıdurmada mərdliklə üz-üzə gəlməkdən aciz qalaraq, öz bunkerdağıdan bombaları ilə Qeşm adasında iki yaşayış evinə hava zərbəsi endirib. Yerli əhalinin iki sadə evi hədəfə alınıb. Hücum nəticəsində ailənin ata, ana və bir övladı şəhid olub, digər iki uşaq isə yaralanıb.
Bu cinayətə cavab olaraq və İordaniyanın İslam torpaqlarının Amerika işğalçılarının bəlasından azad edilməsinə sizə kömək məqsədilə, bu səhər SEPAH-ın Hava-Kosmik Qüvvələrinin döyüşçüləri Əl-Əzraq aviabazasında ABŞ düşməninə məxsus F-35 qırıcılarının yerləşdiyi uçuş zolağına və təmir hangarına bir neçə ballistik raketlə zərbə endirib. Nəticədə üç F-35 təyyarəsi tamamilə məhv edilib, daha üç təyyarəyə isə ağır ziyan vurulub.
Bu hücum zamanı düşmənin bir neçə zabiti, həmçinin texniki və təmir heyətinin üzvləri də öldürülüb.
Bölgəmiz günahsız ailələri gecə yarısı yuxuda olarkən belə qəddarlıqla qana bulayan, uşaq qatili ordunun yeri deyil. Bizim və sizin mübarizəmiz sonuncu amerikalı işğalçı İslam torpaqlarından çıxarılana qədər davam edəcək.
«إِنْ تَنْصُرُوا اللَّهَ یَنْصُرْکُمْ وَ یُثَبِّتْ أَقْدَامَکُمْ»
«Əgər Allaha kömək etsəniz, O da sizə kömək edər və addımlarınızı möhkəmləndirər.»
 
Comment