SEPAH News-un məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr İdarəsi "Nəsr-2" əməliyyatı üzrə 56 saylı bəyanatında bildirib:
"Mərhəmətli və Qüdrətli Allahın adı ilə
و قاتلوهم حتی لاتکون فتنه
'Onlarla fitnə aradan qalxana qədər vuruşun.'
Əziz və şərəfli İran xalqı! Artıq 150 gecədir ki, siz bütün İslam İranı boyunca fasiləsiz şəkildə toplantılar keçirərək şəhid imamın qanının qisasını və amerikalı təcavüzkarların regiondan çıxarılmasını tələb edirsiniz. Sizinlə çiyin-çiyinə, Ölkənin Hava-Kosmik Qüvvələri və Quru Qoşunlarında xidmət edən övladlarınız da döyüş meydanında təcavüzkar düşmənə qarşı mübarizəni qətiyyət və cəsarətlə davam etdirirlər.
Bu gün səhər "Nəsr-2" əməliyyatının davamı və təcavüzkarın cəzalandırılması çərçivəsində ABŞ-ın Əli əs-Salim hava bazasına endirilən zərbə nəticəsində iki PUA anqarı, bir təyyarə yanacaq çəni və hərbi helikopterlər üçün nəzərdə tutulmuş obyektlər yandırılaraq məhv edilib.
Küveytin müsəlman xalqı bilməlidir ki, təcavüzkarın cəzalandırılması müsəlman xalqlarının sərvət və milli resurslarının talanına son qoyulana və amerikalı işğalçıların, eləcə də talançı qüvvələrin regiondan tam çıxarılmasına qədər davam edəcək.
و ما النصر الا من عندالله العزیز الحکیم
"Qələbə yalnız Uca və Hikmət sahibi Allahdandır."