0
Thursday 30 July 2026 - 20:35

Ənsarullah lideri: Ali-Səud bütün gücü ilə sionist rejimi müdafiə edir

Story Code : 1296113
Ənsarullah lideri: Ali-Səud bütün gücü ilə sionist rejimi müdafiə edir
Seyid Əbdülməlik əl-Husi bu gün (cümə axşamı) etdiyi çıxışda regional və beynəlxalq vəziyyəti dəyərləndirərək aşağıdakı məqamlara toxunub:
  • ABŞ və Səudiyyə Ərəbistanının İraqa qarşı həyata keçirdiyi hücumu qətiyyətlə pisləyir, İraq xalqı, təhlükəsizlik qüvvələri, döyüşçülər və şəhid ailələri ilə tam həmrəy olduğumuzu bildiririk.
    Düşmənlər İslam ümmətini hədəfə alaraq «Yaxın Şərqin dəyişdirilməsi» və «Böyük İsrail» layihələrini həyata keçirməyə çalışır, ilahi dəyərləri məhv etməyi qarşılarına məqsəd qoyublar.
    Hazırda düşmənlər İslam ümmətinə qarşı əvvəlkindən daha sərt və daha aqressiv şəkildə həm hərbi, həm də yumşaq müharibə aparır və bir çox ərəb rejimi sionizmə xidmət yolunu seçib.
    ABŞ və sionist rejimin İran İslam Respublikası, Livan, Fələstin və digər regional xalqlara qarşı təcavüzü onların sionist layihəsinə mane hesab etdikləri qüvvələri aradan qaldırmaq məqsədi daşıyır.
    ABŞ uzaqdan regiona gəlmiş tamahkar düşməndir; məqsədi işğal etmək, qətliam törətmək, sərvətləri talamaq, xalqların azadlığını əlindən almaq və onlara hökmranlıq etməkdir.
    Donald Tramp şəxsən Səudiyyə Ərəbistanını «sağılan inək» adlandırıb.
    Vaşinqton öz strategiyasına uyğun olaraq bu «inəyi» südü tükənənədək sağacaq.
    Resurslar tükəndikdən və «süd» quruduqdan sonra isə ABŞ sonda həmin «inəyi», yəni Səudiyyə rejimini qurban verəcək.
Səudiyyə hakimiyyətinin sionizmdən asılılığı
Əl-Husi bildirib ki, Kəbənin örtüyünün Ceffri Epşteynə hədiyyə edilməsi Səudiyyə rəsmilərinin həmin şəxsə bağlılığının və münasibətlərinin dərinliyini nümayiş etdirib.
O əlavə edib ki, Səudiyyə rejimi bütün gücü ilə Yəməndən buraxılan PUA və raketlərdən sionist rejimi qorumağa çalışıb.
Əl-Husinin sözlərinə görə, Yəmən əvvəlcədən Riyadı məlumatlandırırdı ki, PUA və raketlərin uçuş marşrutları Səudiyyə hava məkanından kənar seçiləcək. Buna baxmayaraq, Səudiyyə tərəfi onların qarşısını almaq üçün tədbirlər görüb.
O vurğulayıb ki, Yəmənə məxsus pilotsuz uçuş aparatları Səudiyyə hava məkanını dolanaraq uçub ki, Riyada hücum üçün bəhanə verilməsin.
Ənsarullah liderinin iddiasına görə, Səudiyyə Ərəbistanı İsraili hədəf alan bəzi Yəmən raketlərini və pilotsuz uçuş aparatlarını da vurub.
 
 
 
 
Comment